Yuxarı

Venesuela müxalifəti ABŞ-dakı səfirlik binasını ələ keçirib

​Venesuela müxalifəti ABŞ-dakı səfirlik binasını ələ keçirib

Venesuela Milli Assambleyasının müxalifətçi lideri Xuan Quaidonun nümayəndəsi Karlos Vekkyo bildirib ki, tərəfdarları ölkənin Vaşinqtondakı səfirliyinin binasına nəzarəti ələ keçiriblər.

"Report" xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır", - deyə o bildirib.

Karlos Vekkyo qeyd edib ki, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduro tərəfdarı - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir.

Onun sözlərinə görə, dəymiş ziyanın həcmi böyükdür, müxalifətə diplomatik nümayəndəlik binasının tam bərpası üçün uzun zaman tələb olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi