Yuxarı

Venesuela Kolumbiya ilə diplomatik münasibətləri kəsib

Bakı. 23 fevral. REPORT.AZ/ Venesuela lideri Nikolas Maduro bildirib ki, onun ölkəsi Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Venesuela prezidenti bu qərarı uzun müddət düşündükdən sonra atdığını deyib.

"Mən uzun müddət Kolumbiya xalqına görə dözürdüm, hansı ki, nümayəndələri bizim aramızda yaşayır", - deyə Maduro bildirib.

O, kolumbiyalı həmkarı İvan Dukeni "iblis bədənli" adlandırıb.

Venesuela prezidenti bu gün həmçinin Karakasda ona dəstək verən tərəfdarları qarşısına çıxıb. Maduro çıxışını "Twitterdə" özü yayımlayıb. 

Ötən gün Venesuela-Braziliya sərhədinin 15 kilometrliyindəki Santa Elena de Uairen şəhərində hərbçilərlə sakinlər arasında toqquşma baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi