Yuxarı

Venesuela kəşfiyyatının sabiq rəhbəri ilə əlaqəli generalın meyiti tapılıb

​Venesuela kəşfiyyatının sabiq rəhbəri ilə əlaqəli general ölü tapılıb

Venesuela Milli Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Manuel Fiqero ilə əlaqəli olan general Xesus Alberto Ernandes ölkə paytaxtındakı otellərdən birində ölmüş vəziyyətdə tapılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə mayın 17-si "El Pitazo" nəşri məlumat yayıb.

Ernandes tapılan zaman hərbi formada və əlində tapança olub. Bəzi məlumatlara görə, o, intihar edə bilər. Hazırda Venesuela hökuməti faktla bağlı araşdırmalara başlayıb.

Generalın Milli Kəşfiyyat İdarəsinin prezident Nikolas Maduroya qarşı uğursuz hərbi çevrilişin rəhbərlərindən biri olan sabiq başçısı Fiqero ilə əlaqəli olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi