Yuxarı

Venesuela dövlət universitetlərinin minlərlə işçisi ölkəni tərk edib

​Venesuela dövlət universitetlərinin minlərlə işçisi ölkəni tərk edib

Venesuela dövlət universitetlərinin minlərlə işçisi layiqli iş şəraiti və əmək haqqının olmaması səbəbindən ölkəni tərk edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Venesuela Mərkəzi Universitetinin Müəllimlər Birliyinin rəhbəri Viktor Markez deyib.

"Söhbət bütün ali təhsil müəssisələrinin müəllim heyətinin təxminən 50 faizindən gedir. Onların xaricdə olan diasporası artıq 10 min nəfərə çatır", - deyə "Union Radio" radiostansiyası Markezin sözlərini sitat gətirib.

Markes bildirib ki, universitet işçilərinin gəliri hətta ən lazımlı məhsullar və dərmanlara çatmır.

"Ən yüksək ödənişli universitet müəlliminin əmək haqqı 31,1 min bolivara (rəsmi məzənnə ilə 10 ABŞ dollarından az) çatır, bu, rektorun baza əmək haqqıdır və buna görə bir aylıq zəruri məhsulları ala biləcək müəllim yoxdur", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi