Venesuela Braziliya ilə sərhədi bağlayıb

Venesuela Braziliya ilə sərhədi bağlayıb Bakı. 22 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro fevralın 23-də təyin olunan humanitar yardımın tədarükünə başlamazdan əvvəl Braziliya ilə sərhədin tamamilə bağlanacağını açıqlayıb.
Digər ölkələr
22 Fevral , 2019 00:58
Venesuela Braziliya ilə sərhədi bağlayıb

Bakı. 22 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro fevralın 23-də təyin olunan humanitar yardımın tədarükünə başlamazdan əvvəl Braziliya ilə sərhədin tamamilə bağlanacağını açıqlayıb.

“Report” xəbər verir ki, onun çıxışı "Periscope"də yayımlanıb.

"Fevralın 21-dən yeni elana qədər Braziliya ilə quru sərhədi tamamilə bağlanacaq", - deyə Maduro bildirib.

O həmçinin Kolumbiya ilə sərhədlərin bağlanmayacağını deyib.

"Kolumbiya ilə bu məsələni nəzərdən keçirirəm", - deyə Venesuela lideri bildirib.

Son xəbərlər

Orphus sistemi