Vatikan: İslam Dövləti qruplaşmasının qarşısı hərbi güclə alına bilər

Vatikan: İslam Dövləti qruplaşmasının qarşısı hərbi güclə alına bilər Vatikan ənənəvi olaraq regiona hərbi müdaxilənin əleyhinə çıxış edirdi
Digər ölkələr
15 Mart , 2015 20:44
Vatikan: İslam Dövləti qruplaşmasının qarşısı hərbi güclə alına bilər

Bakı. 15 mart. REPORT.AZ/ Vatikan bəyan edib ki, xristianların və Yaxın Şərqin başqa azlıqlarının mühafizəsi üçün siyasi vasitlər tapılmazsa, İslam Dövləti qruplaşmasının (İD) hücumlarının qarşısı hərbi güclə alına bilər.

"Report" BBC-yə istinadən xəbər berir ki, Vatikanın BMT-nin Cenevrə ofisindəki nümayəndəliyinin rəhbəri arxiyepiskop Silvano Tomasi deyib kİ, cihadçılar “soyqırımı” törədirlər və bunun qarşısı alınmalıdır. 

Qeyd edək ki, Vatikan ənənəvi olaraq regiona hərbi müdaxilənin əleyhinə çıxış edirdi. Buna baxmayaraq, Roma Papası Francis Liviyada 21 Misir kopt xristianının İD tərəfindən başlarının kəsilməsini lənətləyib.Yaraqlılar Suriyanın və İraqın onların nəzarətində olan ərazilərində dini azlıqları hədəfləyirlər.

ABŞ katoliklərinin internet saytı “Crux”a müsahibə verən arxiyepiskop Tomasi deyib: “Bu vəziyyətdə zəruri olan siyasi həll üçün zorakılığa əl atmadan əlaqələndirilmiş və yaxşı təşkil olunmuş koalisiyanın yaradılmasıdır”.

“Lakin bu mümkün olmazsa, gücdən istifədə zəruri ola bilər” – deyib arxiyepiskop.

Son xəbərlər

Orphus sistemi