Vaşinqtonda metrostansiyasının transformatoru partlayıb - VİDEO

Vaşinqtonda metrostansiyasının transformatoru partlayıb - VİDEO Bakı. 6 fevral. REPORT.AZ/ Vaşinqtonun Rosslin metrostansiyası yaxınlığında güclü partlayış baş verib.
Digər ölkələr
6 Fevral , 2019 04:25
Vaşinqtonda metrostansiyasının transformatoru partlayıb - VİDEO

Bakı. 6 fevral. REPORT.AZ/ Vaşinqtonun "Rosslin" metrostansiyası yaxınlığında güclü partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Virciniya ştatının Arlinqton dairə polisi sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilir ki, güclü partlayışı yaxınlıqdakı binaların sakinləri və orada yerləşən ofislərin əməkdaşları, həmçinin küçədəki piyadalar və sürücülər eşidiblər. Hüquq-müdafiə orqanları əməkdaşları metrostansiyasının yerin altında yerləşən transformatorunun partladığını bildiriblər.

"Twitter" istifadəçilərinin yazdıqlarına görə, hadisə ilə əlaqədar olaraq ərazidəki yol qovşağı qısa müddətə avtomobil və piyadalar üçün bağlanıb, lakin hazırda küçə yenidən maşınların hərəkəti üçün açıqdır.

Son xəbərlər

Orphus sistemi