Vanuatu sahillərində zəlzələ baş verib

Vanuatu sahillərində zəlzələ baş verib Sakit okeanda ada ölkəsi Vanuatu dövləti bölgəsində 5,9 maqnitudalı zəlzələ baş verib.
Digər ölkələr
14 Dekabr , 2019 11:01
Vanuatu sahillərində zəlzələ baş verib

Sakit okeanda ada ölkəsi Vanuatu dövləti bölgəsində 5,9 maqnitudalı zəlzələ baş verib.

“Report” Avropa Aralıq Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin ocağı Sola şəhərinin 49 kilometrliyində, 10 kilometr dərinlikdə yerləşir. İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Vanuatu dünyadakı zəlzələlərin 90 faizinin baş verdiyi 40 min kometr uzunluğu olan və Sakit Okeanı Alovlu Halqası deyilən vulkanlar və tektonik çatlar zolağında yerləşir.

Son xəbərlər

Orphus sistemi