Uyğur Muxtar Əyalətində baş verən zəlzələ nəticəsində 12 min nəfər xəsarət alıb

Uyğur Muxtar Əyalətində baş verən zəlzələ nəticəsində 12 min nəfər xəsarət alıb Yeraltı təkanlar nəticəsində 1520 bina dağılıb
Digər ölkələr
11 May , 2017 10:05
Uyğur Muxtar Əyalətində baş verən zəlzələ nəticəsində 12 min nəfər xəsarət alıb

Bakı. 11 may. REPORT.AZ/ Çinin Sintszyan-Uyğur Muxtar Əyalətində baş verən zəlzələ nəticəsində 12 min nəfər xəsarət alıb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 1520 bina dağılıb.

Məlumata görə, yerli hakimiyyət təbii fəlakət bölgəsindən xəsarət alan 9 min 2 nəfəri təxliyyə edib.

Qeyd edək ki, mayın 11-də gecə saatlarına Çinin uyğur türklərinin yaşadığı bölgəsində 5,5 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.

Xatırladaq ki, bu bölgədə müsəlman uyğur türkləri yaşayır. Çin hakimiyyəti onların milli haqlarının təmin olunması üçün manelər törədir. Uyğulara öz övladlarına milli və İslam dininə aid adların verilməsi qadağan edilib. Rəsmi Pekin təbii fəlakətlər nəticəsində öz yurdlarından köçürülənlərin geri qayatırlmasında maraqlı olmur. Əyalətdə etnik uyğurların sayını süni şəkildə azaltmaq üçün bölgəyə xaanları köçürür. Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, rəsmi mənbələr təbii fəlakət nəticəsində ölənlərin sayını gizlədir, əslində zəlzələ nəticəsində ölənlərin sayı elan olunanlardan çoxdur. 

Son xəbərlər

Orphus sistemi