Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu 2021-ci ildə səlahiyyət müddətinin bitməsini gözləmədən bu ilin 31 avqust tarixində vəzifəsindən istefa vermək niyyətindədir.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Artıq Robertu Azevedu qərarı barədə təşkilata üzv ölkələrin nümayəndələrini məlumatlandırıb.
Bildirilib ki, Azevedunun dörd müavinindən biri müvəqqəti baş direktor təyin edilə bilər: nigeriyalı Yonov Frederik Aqa, almaniyalı Karl Brouner, amerikalı Alan Volf və çinli Yi Syoçjun.
Xatırladaq ki, braziliyalı Robertu Azevedu 2013-cü ildən ÜTT-nın baş direktoru vəzifəsində çalışır. 2017-ci ildə ikinci dəfə dörd illik müddətə yenidən seçilib.