Yuxarı

ÜST: Ötən gün dünyada 5 min nəfər koronavirusdan ölüb - YENİLƏNİB

​ÜST: ötən gün dünyada 5 min nəfər koronavirusdan ölüb
Dinlə

1365

Son bir gün ərzində dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı demək olar, daha 77 min artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında bildirilir.

Qeyd edilir ki, dünyada koronavirusa yoluxanların sayı 900 306 nəfərə çatıb.

Son sutka ərzində dünyada koronavirus qurbanlarının sayı təxminən 5 000 nəfər artıb. Hazırda dünyada pandemiya qurbanlarının sayı 45 693 insan təşkil edir.

Son 24 saat ərzində koronavirusun qeydə alındığı 205 ölkənin siyahısı və ya ərazisi genişlənməyib.

Eyni zamanda ABŞ-ın Cons Hopkins Universiteti də öz növbəsində bildirib ki, dünyada koronavirusa yoluxma hallarının sayı 1 milyonu ötüb.

Universitetin məlumatına görə, virusa yoluxma hallarının sayı 1 002 159-a qədər artıb, 51 485 insan pandemiyanın qurbanı olub.


***01:04

Son gün ərzində dünyada koronavirusa yoluxanların sayı demək olar, daha 73 min nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) özünü gündəlik informasiya bülletenində bildirib.

Təşkilatın məlumatına görə, son gün dünyada təxminən 5 min insan pandemiyanın qurbanı olub.

Aprelin 2-də dünyada koronavirusa yoluxanların ümumi sayı 896 450 nəfər təşkil edib. Ölənlərin ümumi sayı isə 45 526 nəfərə çatıb. Gün ərzində virusa yoluxanlar 72 839 nəfər, ölənlərin sayı 4 924 nəfər artıb.

Koronavirusa ən çox yoluxma və ölüm halları əvvəlki kimi Avropa regionunun payına düşür. Köhnə qitədə 503 006 nəfər virusa yoluxub, 33 604 nəfər pandemiyanın qurbanı olub. Burada COVID-19-a bir gün ərzində yoluxanların sayı 38 809 nəfər artıb, ölənlərin sayı 3 515 nəfər təşkil edib.

Şimali və Cənubi Amerikada toplam olaraq 216 912 insan koronavirusa yoluxub, 4 565 nəfər ölüb. 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Con Hopkins Universiteti dünyada koronavirusa yoluxma halları ilə bağlı son hesablamalarını açıqlayıb. Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 1 002 159-a çatıb. Dünyada 51 485 nəfər pandemiyanın qurbanı olub. 

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi