Uruqvayda təbii fəlakət nəticəsində doqquz nəfər həlak olub

Uruqvayda təbii fəlakət nəticəsində doqquz nəfər həlak olub Bakı. 23 aprel. REPORT.AZ/Uruqvaydakı qeyri-əlverişli hava şəraiti nəticəsində 9 nəfər həlak olub, 12 min nəfərdən çox insan Cənubi Amerika ölkələr...
Digər ölkələr
23 Aprel , 2016 01:54
Uruqvayda təbii fəlakət nəticəsində doqquz nəfər həlak olub

Bakı. 23 aprel. REPORT.AZ/Uruqvaydakı qeyri-əlverişli hava şəraiti nəticəsində 9 nəfər həlak olub, 12 min nəfərdən çox insan Cənubi Amerika ölkələrinə təxliyyə edilib.

Fövqəladə Vəziyyətlər üzrə Milli Sistemin məlumatına görə, beş sakin Dolores şəhərindəki qasırğanın qurbanı olub. Digərləri isə uzunsürən yağışlardan sonra yaranmış leysanların su axınlarında dünyalarını dəyişiblər.

Ölkənin mərkəzindəki Durasno ən çox zərər çəkmiş departamentdir. Buradan 3,4 min insan təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi