​Uruqvayda sərnişin təyyarəsi qəzaya uğrayıb

​Uruqvayda sərnişin təyyarəsi qəzaya uğrayıb Göyərtədə olanların hamısı həlak olub
Digər ölkələr
20 Mart , 2015 07:39
​Uruqvayda sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı. 20 mart. REPORT.AZ/ Uruqvayda göyərtəsində on nəfərin olduğu Argentinaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "El Dia" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində olan iki pilot və səkkiz sərnişinin hamısı həlak olub.

İnsident Punta-del-Este şəhəri yaxınlığında qeydə alınıb. Bildirilir ki, təyyarə yerə düşüb və uçuşdan dərhal sonra yanmağa başlayıb.

Qəza qurbanlarının əksəriyyəti, çox güman ki, Argentinanın "La Rural" şirkətinin əməkdaşları olub və Uruqvaya iş ilə bağlı gediblər.

Son xəbərlər

Orphus sistemi