​Uruqvay prezidentinin səlahiyyət müddəti başa çatır

​Uruqvay prezidentinin səlahiyyət müddəti başa çatır Onu həkim-onkoloq əvəz edəcək
Digər ölkələr
28 Fevral , 2015 13:40
​Uruqvay prezidentinin səlahiyyət müddəti başa çatır

Bakı.28 fevral. REPORT.AZ/ Bu gün Uruqvay prezidenti Xose Muxikonun səlahiyyət müddəti başa çatır.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Ölkə konstitusiyasına uyğun olaraq, prezident ardıcıl ikinci müddətə dövlət başçısı seçilə bilməz.

2010-cu il martın 1-dən Uruqvayın prezidenti olan Xose Muxiko siyasətdən getməycəyini və senator vəzifəsini tutacağını söyləyib.

Bu yaxınlarda keçirilən seçkinin nəticələrinə görə, martın 1-dən 74 yaşlı həkim-onkoloq Tabare Vaskes 4 il müddətinə Uruqvayın prezidenti olacaq.

Qeyd edək ki, KİV Xose Muxikoya "kasıb prezident" ləqəbi verib.

Son xəbərlər

Orphus sistemi