​Eboladan ölənlərin sayı 7905 nəfərə çatıb

​Eboladan ölənlərin sayı 7905 nəfərə çatıb Bu xəstəliyə yoluxanların ümumi sayı 20 min nəfəri ötüb
Digər ölkələr
1 Yanvar , 2015 22:11
​Eboladan ölənlərin sayı 7905 nəfərə çatıb
Bakı. 1 yanvar. REPORT.AZ/ Qərbi Afrikada Ebola virusunun baş qaldırmasından sonra ölənlərin sayı artıq 7905 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının 31 dekabr tarixində açıqladığı məlumatda bildirilir.

Bu xəstəliyə yoluxanların ümumi sayı 20 min nəfəri ötüb.

Ölüm hallarının əksəriyyəti Qvineya, Liberiya və Syerra-Leonedə qeydə alınıb. Bir neçə ölüm faktına isə Afrikanın hüdudlarından kənarda rast gəlinib.

Son xəbərlər

Orphus sistemi