Yuxarı

Ukraynanın paytaxtı Kiyevdə ikinci partlayış törədilib

Ukraynanın paytaxtı Kiyevdə ikinci partlayış törədilib

Bakı. 15 aprel. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə ikinci partlayış törədilib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə "Kievenerqo" şirkətinin binasının yaxınlığında olub.

İlkin məlumata görə, partlayış qumbara vasitəsilə törədilib. Partlayış zamanı binanın fasadı zərər çəkib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Ukrayna polisi partlayışın başvermə şəraitini və səbəbini araşdırır. Bunun növbəti hadisə olduğu qeyd edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi