Ukraynanın baş naziri istefa qərarına aydınlıq gətirib

Ukraynanın baş naziri istefa qərarına aydınlıq gətirib Ukraynanın baş naziri Aleksey Qonçaruk Ali Radada çıxışı zamanı istefa qərarını izah edib.
Digər ölkələr
17 Yanvar , 2020 16:52
Ukraynanın baş naziri istefa qərarına aydınlıq gətirib

Ukraynanın baş naziri Aleksey Qonçaruk Ali Radada çıxışı zamanı istefa qərarını izah edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu yolla ölkə prezidenti Vladimir Zelenskinin etimadını qazanmaq və təsdiqləmək istəyib.

“Biz bir komandayıq. Bu adamın – Vladimir Aleksandroviç Zelenskinin sayəsində hakimiyyətə və ölkəni dəyişdirməyə gəldik. Hamımız ona hörmətlə yanaşırıq, komanda daxilində yüz faiz güvən qazanmağımız bizim üçün çox vacibdir”, - o deyib.

O əlavə edib ki, prezident bu və ya digər mövqelərdə komandadan kimin işləyəcəyi ilə bağlı qərar verənədək hökumət normal qaydada işləməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi