Yuxarı

Ukraynada yaşayış binasında partlayış baş verib

Ukraynada yaşayış binasında partlayış baş verib
Hadisənin baş verdiyi mənzildə İkinci Dünya Müharibəsinə aid döyüş sursatının qalıqları aşkarlanıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, hadisəyə səbəb döyüş sursatının partlaması olub.

Lvov Vilayəti Polisi Baş İdarəsinin Kommunikasiya Şöbəsinin rəhbəri Svetlana Dobrovolskaya bildirib ki, partlayışın baş verdiyi mənzildə İkinci Dünya Müharibəsindən qalmış döyüş sursatının qalıqları aşkarlanıb. İlkin məlumatda hadisəyə qaz sızmasının səbəb olduğu bildirilirdi.

Qeyd edək ki, hadisə bir neçə saat əvvəl baş verib.

Partlayış zamanı 1 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi