Yuxarı
    Bağlamaq

    Ukraynada vertolyot qəzaya uğrayıb, ölənlər var - VİDEO

    © http://newstes.ru

    Bakı. 25 yanvar. REPORT.AZ/ Ukraynada Mi-8 vertolyotu qəzaya uğrayıb.

    "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Poltava vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Svetlana Rıbalkoya istinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, vertolyot televiziya qülləsinə çırpılıb və Poltava vilayətinin Kremençuq şəhərində yerə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı qəza zamanı həlak olub.

    Mətbuat katibinin sözlərinə görə, vertolyot xüsusi aviaşirkətə məxsus olub və təlim-məşq uçuşu keçirirmiş. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi