Ukraynada məcburi köçkünlərin sayı 1 milyonu aşıb

Ukraynada məcburi köçkünlərin sayı 1 milyonu aşıb Qonşu ölkələrə yaşamaq üçün müraciət edən ukraynalıların ümumi sayı 317 min nəfərə çatıb
Digər ölkələr
6 Dekabr , 2014 11:36
Ukraynada məcburi köçkünlərin sayı 1 milyonu aşıb
Bakı. 6 dekabr. REPORT.AZ/ Ukraynada məcburi köçkünlərin sayı yarım milyonu aşıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin qaçqınlarla iş üzrə İdarəsindən bildiriblər. Ən çox məcburi köçkün Xarkovda və Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə, Donetsk və Luqansk vilayətlərində yaşayır. İdarədən hökumətin dövlət idarələrinin Kiyevin nəzarəti altında olan ərazilərə köçürülməsi barədə yeni köçkün axınının yaranmasına gətirib çıxaracağına görə narahatlıq bildirilib.  

Ukraynanın Fövqəladə vəziyyətlər üzrə Dövlət Xidmətinin rəsmi məlumatlarına görə, 514 min insan münaqişədən  qaçmaq məcburiyyətində olub. "Ölkənin bir çox sakini beynəlxalq müdafiə üçün müraciət edib. Təxminən 233 min Ukrayna vətəndaşı qaçqın statusu və ya sığınacaq əldə etmək üçün Rusiya hökumətinə müraciət edib", - idarənin mətbuat xidməti Uilyam Spindler bildirib.

Qonşu ölkələrə yaşamaq üçün müraciət edən ukraynalıların ümumi sayı 317 min nəfərə çatıb. Onlardan əksəriyyəti Rusiya, Belarus və Polşaya üz tutub. 

Avropaya da ukraynalıların axını davam edir. Oktyabr ayının sonlarına olan məlumata əsasən, 8 936 nəfər Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib. Bu 2013-cü ildəki göstəricidən 10 dəfə çoxdur.  

Son xəbərlər

Orphus sistemi