Ukraynada koronavirusa yoluxanların sayı 23 672-yə çatıb

Ukraynada koronavirusa yoluxanların sayı 23 672-yə çatıb Ukraynada daha 468 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 23 672-yə çatıb.
Digər ölkələr
31 May , 2020 10:44
Ukraynada koronavirusa yoluxanların sayı 23 672-yə çatıb

Ukraynada daha 468 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 23 672-yə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 708-ə yüksəlib.

Bildirilib ki, indiyədək Ukraynada 9 538 xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi