​Ukraynada Debaltsevo şəhərinin atəşə tutulması nəticəsində 5 nəfər ölüb

​Ukraynada Debaltsevo şəhərinin atəşə tutulması nəticəsində 5 nəfər ölüb "Milis isçiləri ölənlərin cəsədlərini dağıntılar altından çıxarırlar"
Digər ölkələr
8 Fevral , 2015 20:17
​Ukraynada Debaltsevo şəhərinin atəşə tutulması nəticəsində 5 nəfər ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Ukraynanın Debaltsevo şəhərinin artilleriya atəşinə tutulması nəticəsində beş nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəisi Vyaçeslav Abroskin məlumat verib.

“Birbaşa hədəfi vurmaları nəticəsində beş nəfər həlak olub. Milis isçiləri ölənlərin cəsədlərini dağıntılar altından çıxarırlar”, — deyə o, Facebook səhifəsində yazıb.

Abroskin insanların ölümündə separatçıları günahlandırıb.

Son xəbərlər

Orphus sistemi