Ukraynada 13 uşaq qidadan zəhərlənib

Ukraynada 13 uşaq qidadan zəhərlənib Onlardan 7 nəfəri 7 yaşında, 5-i 10, 1-i isə 12 yaşındadır
Digər ölkələr
24 Mart , 2017 00:24
Ukraynada 13 uşaq qidadan zəhərlənib
Foto: "RİA Novosti"

Bakı. 24 mart. REPORT.AZ/ Ukraynanın Zakarpatye vilayətinin Xustskok rayonunun Nijne Selişe kəndində 13 uşaq qidadan zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Zakarpatye polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, infeksiya xəstəxanasına qidadan zəhərlənmiş 13 uşaq gətirilib. Onlardan 7 nəfəri 7 yaşında, 5-i 10, 1-i isə 12 yaşındadır.

Polis "Kütləvi zəhərlənmə və infeksion xəstəliklərin qarşısının alınmasına dair sanitariya qaydaları və normalarının pozulması" maddəsi üzrə cinayət işi qaldırıb.

Təhqiqat hərəkətləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi