Ukrayna XİN Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasının mümkünlüyü barədə məlumat verib

Ukrayna XİN Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasının mümkünlüyü barədə məlumat verib XİN nümayəndəsi: "Bu məsələ ilə bağlı işlər başlayıb"
Digər ölkələr
30 İyun , 2017 16:19
Ukrayna XİN Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasının mümkünlüyü barədə məlumat verib

Bakı. 30 iyun. REPORT.AZ/ Ukrayna Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasının mümkünlüyü barədə məlumat verib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə nazirliyin siyasi məsələlər şöbəsinin müdiri Aleksey Makeyev bildirib.

"Hazırda işlər başlayıb. XİN ekspertlər və vətəndaş cəmiyyətlərini cəlb edərək məsələni yalnız dövlət, hakimiyyət səviyyəsində müzakirə etmir. Məsələ ilə bağlı qərar hələ qəbul edilməyib. Bizdə çoxlu variant var və onlardan hər birindən istifadə etmək mümkündür. XİN, xüsusi xidmət orqanları, dövlət rəhbərliyi qarşısında dayanan real məsələlərə əsaslanacağıq", - o deyib.

A.Makeyevin sözlərinə görə, variantlardan biri Rusiyanın müəyyən kateqoriyadan olan vətəndaşlarının girişini məhdudlaşdırmaq ola bilər: "Daha bir variant kimi viza rejiminin tətbiqi nəzərdən keçirilir."

Son xəbərlər

Orphus sistemi