​Ukrayna prezidenti xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib

​Ukrayna prezidenti xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib Qanun layihəsinə görə ölkə ərazisinə 5 min xarici hərbçi gələcək
Digər ölkələr
26 Dekabr , 2015 22:45
​Ukrayna prezidenti xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ildə xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib.

"Report" xəbər verir ki, gələn il keçiriləcək təlimlərdə iştirak üçün Ukrayna ərazisinə 5 min ABŞ və NATO dövlətlərinin hərbçiləri gələcək.

Təlimlər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçiriləcək.

Ukrayna Ali Radası cümə günü ölkə prezidentinin xarici qoşunların respublika ərazisinə buraxılmasına dair təklifini səs çoxluğu ilə dəstəkləyib. Qanun layihəsi şənbə günü "Ukraynanın səsi" rəsmi parlament qəzetində dərc edildikdən sonra qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi