​Ukrayna prezidenti Nemtsovun ölüm xəbərindən şok yaşayıb

​Ukrayna prezidenti Nemtsovun ölüm xəbərindən şok yaşayıb Poroşenko cinayətin üstünün açılacağına əminliyini bildirib
Digər ölkələr
28 Fevral , 2015 04:31
​Ukrayna prezidenti Nemtsovun ölüm xəbərindən şok yaşayıb

Bakı. 28 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko məşhur rusiyalı siyasətçi Boris Nemtsovun ölüm xəbərinin ona şok yaşatdığı bildirib.

"Report" xəbər verir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.

Ukrayna lideri cinayətin üstünün açılacağına əminliyini ifadə edib.

"Şok. Boris qətlə yetirildi. İnanmaq çətindir. Şübhə etmirəm ki, qatillər gec-tez cəzalandırılacaq. Xatirəsi əziz olsun", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi