Ukrayna prezidenti hərbi anbarlardakı yanğınla əlaqədar "hərbi kabinet"i çağırıb

Ukrayna prezidenti hərbi anbarlardakı yanğınla əlaqədar "hərbi kabinet"i çağırıb UTX Vinnitsedə sentyabr 26-27-nə təyin olunan antiterror təlimlərini dayandırıb
Digər ölkələr
27 Sentyabr , 2017 13:05
Ukrayna prezidenti hərbi anbarlardakı yanğınla əlaqədar hərbi kabineti çağırıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ukrayna prezidenti Petro Poroşenko hərbi anbarında partlayışların baş verdiyi Vinnitsa vilayətindəki vəziyyəti müzakirə etmək üçün "hərbi kabinet"i çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə çərşənbə günü "Facebook"da məlumat verib.

"Baş nazir, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, müdafiə naziri, Baş Qərargah rəisi, Təhlükəsizlik Xidmətinin rəisi, eləcə də Milli Polis, Milli Qvardiya və Dövlət Fövqəladə Hallar Xidmətinin rəhbərliyini Vinnitsadan qayıtdıqdan dərhal sonra çağırmaq qərarına gəlmişəm" - dövlət başçısı yazıb.

Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) hərbi anbarlardakı yanğınlarla əlaqədar Vinnitsada sentyabrın 26-27-nə təyin olunan antiterror təlimlərini dayandırıb.

Qeyd edək ki, sentyabrın 26-da DFHX-nin bölməsinə Vinnitsa vilayətindəki Kalinovka qəsəbəsi yaxınlığında yerləşən, Müdafiə Nazirliyinə məxsus hərbi anbarlarda sursatların partlaması ilə bağlı məlumat daxil olub. Sahəsi təxminən 60 hektar olan anbarlarda 188 min ton sursat saxlanılır. Ukraynan Baş Qərargahından verilən məlumata görə, yanğın anbarların ümumilikdə 10%-ni əhatə edib.

Ukrayna Mərkəzi Rayon Hərbi Prokurorluğu təxribat törədilməsi faktı üzrə cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi