Ukrayna prezidenti deputat toxunulmazlığı ilə əlaqədar Konstitusiyaya düzəliş olunmasını təklif edib

Ukrayna prezidenti deputat toxunulmazlığı ilə əlaqədar Konstitusiyaya düzəliş olunmasını təklif edib Sənəd qəbul ediləcəyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minməlidir
Digər ölkələr
17 Oktyabr , 2017 12:30
Ukrayna prezidenti deputat toxunulmazlığı ilə əlaqədar Konstitusiyaya düzəliş olunmasını təklif edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ukrayna Prezidenti Petro Poroşenko ALi Radaya deputatların toxunulmazlığı ilə bağlı Konstitusiyaya düzəliş olunmasını təklif edib.

"Report" "112.ua" portalına istinadən xəbər verir ki, müvafiq qanun layihəsi bu gün parlamentdə qeydə alınıb.

Qanun layihəsinin adına əsasən, Konstitusiyanın 80-ci maddəsinə dəyişiklik olunması təklif edilir, lakin sənədin mətni parlamentin rəsmi saytında hələ dərc edilməyib.

Konstitusiyanın 80-ci maddəsinə görə, Ali Radanın deputatları toxunulmazlığa malikdirlər, onlar səsvermənin nəticələri, parlamentdə və onun orqanlarında təhqir və ya böhtan istisna olmaqla, işlətdikləri ifadələrə görə hüquqi məsuliyyət daşımır, eləcə də parlamentin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə, saxlanıla və ya həbs edilə bilməzlər.

Sənəd qəbul ediləcəyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Qeyd edək ki, bu gün Kiyevdə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin və bir sıra müxalifətçi siyasətçilərin tərəfdaşlarının iştirakı ilə etiraz aksiyası keçiriləcək. Bununla əlaqədar Ali Radanın binası ətrafında ikiqat kordon yerləşdirilib, Kiyevin bəzi mərkəzi küçələri bağlanılıb.

Son xəbərlər

Orphus sistemi