Ukrayna prezidenti baş prokuror və baş naziri istefa verməyə çağırıb

Ukrayna prezidenti baş prokuror və baş naziri istefa verməyə çağırıb Poroşenko ölkə hökumətinin köklü yenidənqurmaya ehtiyac duyduğunu açıqlayıb
Digər ölkələr
16 Fevral , 2016 18:10
Ukrayna prezidenti baş prokuror və baş naziri istefa verməyə çağırıb

Bakı. 16 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin baş prokuroru Viktor Şokin və baş naziri Arseni Yatsenyuku istefa verməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında yerləşdirilən müvafiq müraciətdə deyilir.

"Təəssüf ki, Baş Prokurorluq cəmiyyətin etibarını qazana bilməyib. Buna görə də baş prokurorun istefası məsələsi gündəmdədir", - deyə bəyanatda bildirilir.

Poroşenko həmçinin ölkə hökumətinin köklü yünidənqurmaya ehtiyac duyduğunu da açıqlayıb.

Bununla yanaşı, dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko "Twitter" səhifəsində Poroşenkonun hökumətə inamı bərpa etmək üçün baş nazir Arseni Yatsenyuku istefaya çağırdığını yazıb.

Son xəbərlər

Orphus sistemi