Ukrayna parlamenti Qolodomor faciəsi ilə bağlı dünya ölkələrinə müraciət edib

Ukrayna parlamenti Qolodomor faciəsi ilə bağlı dünya ölkələrinə müraciət edib Ali Rada müvafiq sənəd qəbul edib
Digər ölkələr
7 Dekabr , 2016 15:51
Ukrayna parlamenti Qolodomor faciəsi ilə bağlı dünya ölkələrinə müraciət edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Ukrayna Ali Radası dünya dövlətlərinə Qolodomor faciəsinin (1932-1933-cü illərdə Ukraynada yaşanmış kütləvi aclıq - red.) Ukrayna xalqına qarşı soyqırımı kimi tanınması ilə bağlı müraciət edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, müvafiq sənədi ikinci oxunuşda 233 millət vəkili dəstəkləyib.

Ali Radanın müraciətində deyilir ki, cinayətkar kommunist totalitar rejimi ərzağın zorla əldən alınması, kənd və bütünlükdə rayonların blokadası, aclıq bürümüş Ukraynadan kənara çıxışa qadağa qoyulması, kənd ticarətinin dağıdılması, narazıların repressiyaya məruz qalması yolu ilə bilərəkdən ukraynalıların fiziki məhvi üçün nəzərdə tutulmuş həyat şəraiti yaradıb.

Qeyd edək ki, Qolodomor nəticəsində Ukraynada 2,5 milyondan çox adam ölüb.

Son xəbərlər

Orphus sistemi