Ukrayna ordusuna təlim vermək üçün 300 ABŞ desantçısı bu ölkəyə gəlib

Ukrayna ordusuna təlim vermək üçün 300 ABŞ desantçısı bu ölkəyə gəlib Təlim məşqləri Lvov yaxınlığındakı Yavorivdə keçiriləcək
Digər ölkələr
17 Aprel , 2015 23:50
Ukrayna ordusuna təlim vermək üçün 300 ABŞ desantçısı bu ölkəyə gəlib

Bakı. 17 aprel. REPORT.AZ/ Ukrayna Milli Qvardiyası əsgərlərini təlimləndirmək məqsədilə Qərbi Ukraynaya 300 Amerika desantçısı gəlib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Ukraynanın milli qvardiyasına könüllü birləşmələr də daxildir və son vaxtlarda onların nizami ordu sıralarına inteqrasiyası başlanıb. Təlim məşqləri Ukraynanın qərbində, Lvov yaxınlığındakı Yavorivdə keçiriləcək. 

ABŞ ordusu bildirir ki, təlim üçün gələn desantçılar 173-cü hava briqadasındadırlar. Ümumilikdə, Amerikalı desantçılar 3 Ukrayna batalyonunu təlimləndirəcəklər.

Son xəbərlər

Orphus sistemi