BAKI. 25 yanvar. REPORT.AZ/ Ukraynanın keçmiş baş naziri, "Batkivşina" Partiyasının rəhbəri Yuliya Timoşenko və Radikal Partiyanın sədri Oleg Lyaşko oxşar bəyanatlarla çıxış ediblər. Onlar Luqansk və Donetsk vilayətlərində hərbi vəziyyətin elan olunmasını tələb ediblər.
Lyaşko bildirib ki, bu təkliflə bağlı parlamentin fraksiya rəhbərlərinin prezident Pyotr Poroşenko ilə görüşünün təşkilinə çalışacaq.
"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, Donbas bölgəsindəki Mariupol şəhərinin ötən gün atəşə tutulması nəticəsində 30 insan həlak olub, 100-dən çox sakin yaralanıb.
Hazırda Avropa İttifaqının (Aİ) sədri səlahiyyətlərini icra edən Latviya isə Mariupolda baş verənlərlə bağlı Aİ XİN başçılarının növbədəkənar iclasını çağırıb.