Bakı. 15 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin silahlı qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin rəhbəri Sergey Qaydukun tutduğu vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
"Report" xəbər verir ki, bu barədə cümə günü Ukrayna prezidentinin saytında məlumat yerləşdirilib.
"Vitse-admiral Sergey Qayduk Anatolyeviç Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - deyə fərmanda bildirilir.
Onun vəzifədən kənarlaşdırılmasının səbəbləri sənəddə qeyd olunmur.