​Ukrayna hərbçiləri Donetsk aeroportunu tərk edib

​Ukrayna hərbçiləri Donetsk aeroportunu tərk edib Bu barədə "Azov" alayı məlumat yayıb
Digər ölkələr
22 Yanvar , 2015 08:50
​Ukrayna hərbçiləri Donetsk aeroportunu tərk edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ukrayna hərbçiləri Donetsk aeroportunu tərk edib.

"Report" xəbər verir ki, bu barədə "Azov" alayının mətbuat xidmətinin məlumatında bildirilir.

"Əldə edilən məlumata görə, Donetsk aeroportunu müdafiə edən hərbçilər bir il əvvəl gözəl, müasir hava limanı olan ərazini təslim etmək məcburiyyətində qalıblar. Qəhrəmancasına müdafiə epopeyası 242 gün davam etdi", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi