Ukrayna büdcəyə daxilolmaları çoxaltmaq üçün silah ixracını artıracaq

Ukrayna büdcəyə daxilolmaları çoxaltmaq üçün silah ixracını artıracaq Poroşenko: "Biz Ukrayna silahlarına artan tələbatı öz istehsalımız hesabına dəstəkləməliyik"
Digər ölkələr
27 Yanvar , 2017 22:35
Ukrayna büdcəyə daxilolmaları çoxaltmaq üçün silah ixracını artıracaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko dövlət büdcəsinə valyuta daxilolmalarını çoxaltmaq üçün silah ixracının artırılması barədə göstəriş verib.

"Report" xəbər verir ki, bunu o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib.

O qeyd edib ki, ixrac istehsalı genişləndirmək, yeni texnologiya və dəzgahlara sərmayə yatırmaq, insanlara təhsil vermək və ordunu lazımi silah ilə təmin etməyə imkan verir.

"Biz Ukrayna silahlarına artan tələbatı şəxsi istehsalımız hesabına dəstəkləməliyik… Biz bu gün Ukraynada istehsal olunan silah növləri ilə bazarı qətiyyətlə və inamla ələ alırıq", — deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi