Ukrayna Ali Radasında deputatlar əlbəyaxa olublar - VİDEO

Ukrayna Ali Radasında deputatlar əlbəyaxa olublar - VİDEO Dava Ukrayna Pravoslav Kilsəsini adından məhrum edə biləcək qanuna görə səsvermədən sonra baş verib
Digər ölkələr
20 Dekabr , 2018 17:28
Ukrayna Ali Radasında deputatlar əlbəyaxa olublar - VİDEO

Bakı. 20 dekabr. REPORT.AZ/ Ukrayna Ali Radasının deputatları arasında kütləvi dava baş verib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"NewsOne" telekanalının yayımladığı videokadrlarda deputatların bir-birinin üzərinə yumruqla hücum etdiyi görünür. Qarşıdurmanın səbəbkarları deputatlar - Yuri BeryozaNestor Şufriç olub.

Belə ki, N.Şufriç tribunada siyasətçi Viktor Medvedçukun tənqid edildiyi plakatın asılmasına narazılığını bildirib. O, posteri qopartmasından sonra həmkarı Y.Beryoza ona hücum edib. Ardından iki deputatın qarşıdurması kütləvi davaya çevrilib və bundan daha çox deputat Yuri Boyko əziyyət çəkib.

Dava Ukrayna Pravoslav Kilsəsini adından məhrum edə biləcək qanuna görə səsvermədən sonra baş verib.

Son xəbərlər

Orphus sistemi