Ukrayna Ali Radasında MDB-dən çıxmaq haqqında qanun layihəsi qeydiyyata alınıb

Ukrayna Ali Radasında MDB-dən çıxmaq haqqında qanun layihəsi qeydiyyata alınıb Sənədin müəllifləri parlamentin on deputatı olub
Digər ölkələr
28 Noyabr , 2014 11:22
Ukrayna Ali Radasında MDB-dən çıxmaq haqqında qanun layihəsi qeydiyyata alınıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Ukrayna Ali Radasdında Müstəqil Dövlətlər Birliyində (MDB) uzvlüyün və iştirakın dayandırılması haqqında qanun layihəsi qeydiyyata alınıb.

"Report" xəbər verir ki, sənədi "Batkıvşina" partiyasının lideri Yiliya Timoşenko, həmin partiyanın üzvləri Boris Tarasyuk, İvan Krulko, İqor Jdanov, Alyona Şktum, Andrey Kojemyakin, Sergey Yevtuşok, "Pyotr Poroşenkonun bloku"nun nümayəndələri - Ukrayna prezidentinin Krım-tatar xalqlarının işləri üzrə müvəkkili Mustafa Cemilev və deputat Valeri Patskan, eləcə də "Xalq cəbhəsi" partiyasından olan deputat Vyaçeslav Kirilenko hazırlayıblar. 

Qanun layihəsinin mətni açıqlanmayıb. 

Cari ilin oktyabr ayında Ukrayna Ali Radasında "MDB-nin yaradılması haqqında" sazişin qüvvədən düşməsi barədə qanun layihəsi müzakirə olunub. Həmin layihənin təşəbbüskarları qismində  "Svoboda" ("Azadlıq") partiyasının deputatları çıxış ediblər. 

Son xəbərlər

Orphus sistemi