"Twitter" Donald Trampın paylaşımını silib

"Twitter" Donald Trampın paylaşımını silib Bakı. 18 fevral. REPORT.AZ/ Twitter müəllif hüquqlarının pozulmasına görə ABŞ prezidenti Donald Trampın paylaşımını silib.
Digər ölkələr
18 Fevral , 2019 03:27
Twitter Donald Trampın paylaşımını silib

Bakı. 18 fevral. REPORT.AZ/ "Twitter" müəllif hüquqlarının pozulmasına görə ABŞ prezidenti Donald Trampın paylaşımını silib.

Bu barədə "Report" "Gazeta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, Tramp "Twitter"də videogörüntü paylaşıb. Görüntüdə demokratların Konqresdə onun çıxışına reaksiyası əks etdrilib. Demokratlar görüntüdə gülməli vəziyyətdə nümayiş etdirilib.

Videoyazıda R.E.M rok qrupunun "Everybody Hurts" mahnısından istifadə edilib. Qrup üzvləri paylaşıma mənfi reaksiya veriblər.

Daha əvvəl bildirilib ki, ABŞ Prezidenti Donald Trampın seçkiqabağı qərərgahının keçmiş müşaviri Rocer Stonunun “WikiLeaks” portalının nümayəndəsi ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib.

Son xəbərlər

Orphus sistemi