Türkmənistanda prezident seçkiləri keçirilir

Türkmənistanda prezident seçkiləri keçirilir Respublikada 2 min 578 seçki məntəqəsi açılıb
Digər ölkələr
12 Fevral , 2017 09:16
Türkmənistanda prezident seçkiləri keçirilir

Bakı. 12 fevral. REPORT.AZ/ Türkmənistanda prezident seçkiləri üzrə səsvermə prosesinə start verilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Seçki və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatında bildirilir.

Məlumata görə, Bakı vaxtı ilə 06:00-da respublika üzrə 2 min 578 seçki məntəqəsi açılıb. Daha 39 məntəqə ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılacaq.

Prezident postuna 9 nəfər iddia edir. Onlardan üç nəfəri müasir Türkmənistan tarixində ilk dəfə olaraq siyasi partiyalar tərəfindən irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi