Yuxarı

Türkiyənin zirehli texnikaları Suriya ilə sərhəddə görünüb - VİDEO

​Türkiyənin zirehli texnikaları Suriya ilə sərhəddə görünüb

Türkiyə Suriya ilə sərhədə zirehli texnika yeridib.

"Report" xəbər verir ki, Türkiyə qoşunlarının hərəkətini əks etdirən videogörüntüləri "Anadolu" və digər agentliklər, RT kanalı yayıb.

Videogörüntülərdən birində M60 tankları və M113 zirehli transportyorları əks olunub. Başqa videoçarxlarda hərbi kolonun Suriya ilə bir neçə yüz metr sərhəddəki Şanlıurfa əyalətinin Akçakala şəhərindən çıxışı əks olunub.

Kadrlarda müxtəlif tipli zirehli avtomobillər, hərbi yük maşınları, həmçinin artilleriya qurğuları görünür. "Anadolu"nun məlumatına görə, kolon təxminən 130 avtomobildən ibarətdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəllərində bildirib ki, yaxın günlərdə Suriyanın şimalında, Fərat çayı sahilində əməliyyat  başlayacaq. O, əlavə edib ki, əməliyyatda məqsəd Türkiyənin Suriya ilə sərhədlərini PKK terrorçularından təmizləməkdən, təhlükəsizlik zonası yaratmaqdan ibarətdir. 

“ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına dünən (oktyabrın 6-da-red.) başlanılıb”, - deyə o oktyabrın 7-də  bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi