Türkiyənin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb

Türkiyənin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb Nazirlikdən HDP siyasətçilərinin həbsinin vəziyyətin kəskinləşməsinə səbəb olacağı bildirilib
Digər ölkələr
4 Noyabr , 2016 15:36
Türkiyənin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin Almaniyadakı müvəqqəti işlər vəkilini Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) üzvlərinin həbsi ilə bağlı danışıqlara çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, nazirlikdən HDP siyasətçilərinin həbsinin vəziyyətin kəskinləşməsinə səbəb olacağı bildirilib.

Almaniya XİN-dən verilən məlumata görə, heç kim Türkiyənin terrorla mübarizə hüququnu şübhə altına salmır, amma bu, müxalifət susdurmaq və ya hətta həbsxanaya göndərmək üçün bəhanə ola bilməz.

Xatırladaq ki, dünən axşam saatlarında Türkiyədə HDP-nin iki həmsədri və bu partiyadan olan 11 deputat saxlanılıb.

Son xəbərlər

Orphus sistemi