Yuxarı

Türkiyənin jandarm qüvvələrinin neytrallaşdırdığı terrorçuların sayı açıqlanıb

© Foto: "Anadolu"

Bakı. 11 mart. REPORT.AZ/ Türkiyənin jandarm bölmələri ötən il 51798 antiterror əməliyyatı keçirərək 1601 terrorçunu zərərsizləşdirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, müxtəlif vilayətlərdə keçirilən əməliyyatlar zamanı 811 terrorçu öldürülüb, 22-i yaralanıb, 357 nəfər diri ələ keçirilib, 88 nəfər silahı yerə qoyub.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri ilə birlikdə keçirilən əməliyyatlar zamanı daha 323 terrorçu məhv edilib.

Əməliyyatlar çərçivəsində terrorçuların 1807 sığınacağı məhv edilib, xeyli sayda silah-sursat ələ keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi