Yuxarı

Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın 11 terrorçusunu məhv edib

Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın 11 terrorçusunu məhv edib
​Mardin vilayətinin Darkeçit rayonunda 8 terrorçu və iki atəş nöqtəsi məhv edilib

Bakı. 12 iyul. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinin Mardin və Hakkari vilayətlərinə endirdiyi zərbələr nəticəsində PKK-nın 11 terrorçusunu məhv edilib.

"Report"un "Anadolu" agentliyə istinadən xəbərinə görə, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Mardin vilayətinin Darkeçit rayonunda 8 terrorçu zərərsizləşdirilib. Eyni zamanda iki atəş nöqtəsi məhv edilib. 

Bununla yanaşı, Hakkari vilayətində 3 PKK terrorçusu və sığınacaq məhv edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi