Türkiyənin hakim partiyasının üzvünə sui-qəsd olub

Türkiyənin hakim partiyasının üzvünə sui-qəsd olub Gürsü şəhərinin meri və cangüdəni ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Digər ölkələr
20 May , 2015 20:32
Türkiyənin hakim partiyasının üzvünə sui-qəsd olub

Bakı. 20 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Bursa vilayətinin Gürsü şəhərinin meri Cüneyt Yıldıza sui-qəsd olub. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, C.Yıldız sui-qəsd nəticəsində ağır yaralanıb. Belə ki, özünü təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edən naməlum şəxs merin iş otağına daxil olaraq ona və cangüdəninə atəş açılıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis cinayətkarın axtarışını davam etdirir. 

Son xəbərlər

Orphus sistemi