Türkiyənin cənub-şərqində 5 terrorçu zərərsizləşdirilib

Türkiyənin cənub-şərqində 5 terrorçu zərərsizləşdirilib Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatı keçirilib.
Digər ölkələr
28 Avqust , 2018 22:24
Türkiyənin cənub-şərqində 5 terrorçu zərərsizləşdirilib

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatı keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorluğunun administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Beytüşşəbal rayonu ərazisində keçirilən əməliyyat zamanı PKK terror qruplaşmasının 5 silahlısı zərərsizləşdirilib. Əməliyyat hərbi aviasiyanın dəstəyi ilə keçirilib.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün bir sıra terror aktları keçirib. ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil ediblər. 

Son xəbərlər

Orphus sistemi