Türkiyədən deportasiya olunacaq əcnəbilər İstanbulda "üsyan" ediblər

Türkiyədən deportasiya olunacaq əcnəbilər İstanbulda "üsyan" ediblər Bəzi əcnəbilər isə pəncərədən süar səsləndiriblər
Digər ölkələr
5 Dekabr , 2015 08:08
Türkiyədən deportasiya olunacaq əcnəbilər İstanbulda üsyan ediblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyədən deportasiya olunacaq əcnəbi vətəndaşlar üçün İstanbulun Kumkapi rayonunda tikilən müvəqqəti saxlama mərkəzində ötən gecə "üsyan" olub.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, deportasiya sırasını gözləyən xarici vətəndaşlar yorğan və döşəklərini yandıraraq saxlanma şəraitlərinə etirazlarını bildiriblər. Bəzi əcnəbilər isə pəncərədən süar səsləndiriblər.

Polis xarici vətəndaşların qaçmaması üçün saxlama mərkəzinin ətrafında nəzarət məntəqələri qurub.      

Son xəbərlər

Orphus sistemi