Türkiyədə yol qəzası baş verib: ölən və yaralananlar var

Türkiyədə yol qəzası baş verib: ölən və yaralananlar var Hadisə zamanı 9 nəfər xəsarət alıb
Digər ölkələr
13 Fevral , 2017 05:19
Türkiyədə yol qəzası baş verib: ölən və yaralananlar var

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər verib.

Məlumata görə, hadisə Antalyada qeydə alınıb. Belə ki, bank işçilərini daşıyan avtobus Doyran məhəlləsi yaxınlığında uçuruma yuvarlanıb. 

Hadisə nəticəsində 2 nəfər qəza yerindəcə dünyasını dəyişib. Daha 9 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbləri ilə bağlı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi