Türkiyədə toy mərasimində 156 nəfər qidadan zəhərlənib

Türkiyədə toy mərasimində 156 nəfər qidadan zəhərlənib Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Digər ölkələr
15 İyul , 2019 06:01
Türkiyədə toy mərasimində 156 nəfər qidadan zəhərlənib

Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə "Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Rizə vilayətinin Ardeşen rayonunda, Armağan kəndində keçirilən toy mərasimində qeydə alınıb. Baş gicəllənməsindən və qarın ağrısından şikayətlənən 156 nəfər Kaçkar Dövlət Xəstəxanasına aparılıblar. Lakin xəstəxana bu qədər sayda xəstəni qəbul edə bilmədiyindən onların bir qismi Çayeli, FındıqlıRizə dövlət xəstəxanalarına çatdırılıblar.

Mərasim iştirakçılarının toyuq plovundan zəhərləndikləri ehtimal edilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi