Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən var

Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən var Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır
Digər ölkələr
25 İyun , 2017 20:06
Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən var

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə qarşı hücumu zamanı 1 əsgər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində 1 əsgər yaralanıb. O, Hakkari Dövlət Xəstəxanasına yerləşdirilsə də, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi