Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 25 yaralı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 25 yaralı Yaralılar xəstəxanalara yerləşdirilib
Digər ölkələr
4 Oktyabr , 2016 03:18
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 25 yaralı

Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə paytaxt Ankarada qeydə alınıb. Belə ki, sərnişin avtobusunun maye yanacaq daşıyan avtomobillə və digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində avtobusun salonunda olan 25 nəfər xəsarət alıb.

Hadisə zamanı eyni zamanda maye yanacaq daşıyan avtomobil də aşıb.

Yaralılar Ankaradakı xəstəxanalara yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi